Rusiya Federasiyasının Kareliya Respublikasında koronavirusla əlaqədar tətbiq olunan karantin dövründə uşaq evinin bütün sakinləri müvəqqəti olaraq ailələr arasında bölüşdürülüb.
Qadin.Net bildirir ki, bu barədə REN TV Rusiyada Uşaqlara Yardım Mərkəzinin Mətbuat Xidmətinə istinadla xəbər yayıb.
Bildirilib ki, müəssisədə artıq uşaq qalmayıb
“Müəssisə rəhbərliyi qərarınıza görə hər birinizə təşəkkür edir. Uşaqlar ailə mühitində çox rahatdır. Mövcud vəziyyətdə bu aktualdır. Hamıya can sağlığı diləyirəm! Və... profilaktik tədbirləri unutmayın!”, - deyə məlumatda bildirilib.