ABŞ-ın Şimali Karolina ştatının sakini Reyçel Brummert üç həftə ərzində evindən çıxmamasına baxmayaraq koronavirusa yoluxub.“WCNS” telekanalı xəbər verir ki, son dəfə o, küçəyə martın ortalarında çıxıb.Autoimmun xəstəliyindən əziyyət çəkən bu qadın koronavirusa yoluxmamaq üçün evini tərk etməyib.
Reyçel hətta həyat yoldaşı ilə ayrı-ayrı otaqlarda yatıb.Buna baxmayaraq, qadın koronavirusa yoluxub. O, ehtimal edir ki, xəstəliyə evin önünə qoyulmuş paketlərdən yoluxub. Məlumata əsasən, könüllü bir qadın mütəmadi olaraq onun üçün ərzaq alıb evinin qarşısına qoyurmuş.Bir müddət sonra həmin qadında koronavirus təsbit edilib.