Qadin.NET / Beren Saat koronavirusdan danışdı-VİDEO

Beren Saat koronavirusdan danışdı-VİDEO

Beren Saat koronavirusdan danışdı-VİDEO


Beren Saat, Kenan Doğulu, Furkan Andıç və başqaları Belçim Bilgin rəhbərliyi ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu üçün “Koronavirusla mübarizədə tək deyilsiniz” layihəsində iştirak edib.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, məşhur sənətkarlar evlərində cib telefonlarıyla çəkdiyi videolarda “Heç kimi geridə qoymayacağıq, hamımız qorxuruq, narahatıq, çətinliklərimiz var. Ancaq ümidsiz qalmayacağıq. Siz tək deyilsiniz, biz də tək deyilik ...” mesajı veriblər.

Layihədə qadınların, kişilərin, gənclərin, qocaların, kasıbların, varlıların, qaçqınların, mühacirlərin və bütün təbəqələrinin qarşılıqlı dəstək və həmrəyliyi sayəsində koronavirusa qarşı mübarizənin uğurla bitəcəyi vurğulanıb.

14 aprel 2020
GO BACK