“Koronavirus xüsusilə təbii məhsullarla birlikdə 1 ay yaşaya bilər”.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Səhiyyə Nazirliyi yanında Koronavirusla Mübarizə Elmi Qurumunun üzvü, Mikrobiologiya Cəmiyyətinin sədri Barış Otlu deyib.
Professor koronavirusun soyuducuda yaşaması haqqında detalları bölüşüb: “Aparılan araşdırmalar virusun soyuducu temperaturu olan +4°C-yə dözdüyünü ortaya qoyub. Bu şəraitdə 14 gün ərzində sayə 10 qat azalsa da, virus xəstəliktörətmə funksiyasını qoruyub saxlayır. Soyuducunun dondurucu gözü -20°C-yə qədər enə bilər. Virus xüsusilə təbii məhsullarla birlikdə olanda bu temperaturda 1 ay qala bilər. Lakin təkrarlanan donma və açılma prosesi koronavirusa mənfi təsir göstərir.