“Yalan SMS göndərənlər xüsusi karantin rejimini pozduqlarına görə cərimələnirlər və bundan sonra da təkrarlama halları olarsa, həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq, digər tədbirlər görüləcək”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “Real” TV-nin efirində deyib.
Onun sözlərinə görə, son günlər təhlillərlə müəyyən olunub ki, gün ərzində 3 kodu üzrə (yaxın qohumun dəfnində iştirak) 30 minə yaxın müraciət olub:
“Gün ərzində vəfat edənlərin statistikasına baxdıqda məlum olur ki, 30 min rəqəmi həddindən artıq çoxdur. Son səkkiz gün ərzində “3” kodundan sui-istifadə edən şəxsləri müəyyənləşdirmişik. Həmin şəxslərə məhdudiyyətlər tətbiq edilib. Artıq o şəxslər “3” kodundan istifadə edə bilmirlər”.