Təcili yardım birqadasının getdiyi çağırışda üç gün əvvəl dünyaya uşaq gətirən anada və onun körpəsində koronavirusun olduğu müəyyən edilib.
Qadin.Net bildirir ki, Xezerxeber.az-ın məlumatına görə, bunu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib.
Baş həkimin sözlərinə görə, hazırda həmin ana və uşaq müalicə alır.
Rauf Nağıyev bildirib ki, təcili yardım stansiyalarına xəstəliklə bağlı mütəmadi zənglər daxil olur və briqadalar xüsusi geyimlərdə ünvanlara gedirlər.
Yol boyu həmsöhbət olduğumuz briqadanın həkimi olan Ruslan Muradov artıq 10 ildən çoxdur ki, təcili yardım stansiyasında çalışır. Onun sözlərinə görə, bu illər ərzində çox çətinliklər görsə də, hazırkı durum tamam fərqlidir. Bu günlərdə evə gedərkən əvvəl üstünə qaçdığı övladları, ailə üzvləri də onu görəndə ehtiyat edirlər.
Həkimin sözlərinə görə, bu günlərdə təsirli anların çox şahidi olub.
Çağırışa getdiyimiz təcili yardım avtomobili tam sterlizə olunub. Hətta bu avtomobildə ani baş verə biləcək məqamlar üçün xüsusi aparatlar da quraşdırılıb.
Çağırış ünvanına daxil olan zaman həkim əvvəlcə xəstə ilə həmsöhbət olur. Daha sonra isə müayinələr başlayır.
Xəstə ilə bərabər onun bütün ailə üzvlərindən yaxmalar götürülür və onların hər biri xüsusi kodlarla qeyd olunub laboratoriyalara göndərilir. Nəticəyə uyğun olaraq həmin ailə müalicəyə göndərilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: