Qadin.NET / Tibb bacısı: “Biz dəmirdən deyilik” - VİDEO

Tibb bacısı: “Biz dəmirdən deyilik” - VİDEO

Tibb bacısı: “Biz dəmirdən deyilik” - VİDEO


Nyu-York şəhərində koronavirusa yoluxan xəstələrə xidmət edən tibb bacısının təsirli müraciəti yayımlanıb.

REN TV-nin xəbərinə görə, 35 yaşlı tibb bacısı Deniell Şmoll bildirib ki, COVID-19 virusundan əziyyət çəkən xəstələrə kömək etmək məqsədilə Nyu-Yorka gəlib.

Videomüraciətdə D.Şmoll söyləyir ki, artıq palatalara daxil olub xəstələrin öldüyünü görə bilmir.

Tibb bacısı qeyd edir ki, ən çətini koronavirusdan ölən xəstənin yaxınlarına bu xəbəri çatdırmaqdır.

D.Şmoll çıxışının sonunda insanları bir-birinə mərhəmət göstərməyə və həkimlərin “dəmirdən” olmadığını başa düşməyə çağırış edir.

[media=https://baku.tv/az/dunyaa/17056/]

13 aprel 2020
GO BACK