Tokio aeroportunda koronavirus testi verənlər üçün karton çarpayılar ayrılıb.
Bu barədə RT məlumat yayıb.
Xaricdən gələn vətəndaşları qohumları avtomobilləri ilə apara bilmirsə, həmin şəxslər burada qalırlar. Onlar “kartondan hotel”də testin nəticələrini gözləyir, müdafiə kostyumunda olan heyət üzvləri isə vətəndaşlara su və yemək verir.
Qeyd edilir ki, Yaponiyada belə yataqlardan, adətən, təbii fəlakətlər zamanı istifadə olunur.