Qadin.NET / Koronavirusa görə işini itirən qız cekpot uddu - FOTO

Koronavirusa görə işini itirən qız cekpot uddu - FOTO

Koronavirusa görə işini itirən qız cekpot uddu - FOTO


Koronavirus pandemiyasına görə işini itirmiş britaniyalı qız lotereyada cekpot udaraq, bir anda varlanıb.

Qadin.Net bildirir ki, bu barədə “Daily Mail” xəbər yayıb.

17 yaşlı Hermoni Dos çimərlikdə xilasedici köməkçisi işləyib, lakin koronavirus pandemiyası ilə əlaqədar işini itirib. Başını qatmaq üçün lotereya alan qız vaxtilə babasına da uğur gətirən rəqəmləri yazıb. Beləliklə, gözləmədiyi halda bəxti gətirib.

Bundan sonra qız il ərzində hər ay 10 min funt-sterlinq (22 284 AZN) alacaq.

“Hələ də yuxu gördüyümü, bütün bunların mənimlə baş vermədiyini düşünürəm”, - deyə qız bildirib.

O, özünütəcrid rejimində həmin pulları xərcləməyə ehtiyac duymadığını deyib:

“Lakin gələcəkdə ailəmlə tətilə çıxmağı və at almağı düşünürəm”.




13 aprel 2020
GO BACK