Qadin.NET / Tibb təhsili alan tələbələrdən nümunəvi addım - VİDEO

Tibb təhsili alan tələbələrdən nümunəvi addım - VİDEO

Tibb təhsili alan tələbələrdən nümunəvi addım - VİDEO


Koronavirus (COVID-19) pandemiyası bütün dünya ölkələri kimi Azərbaycan üçün də ciddi təhlükə olaraq qalır.

Qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün dövlət tərəfindən müxtəlif qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlər görülür. Eyni zamanda, virusa yoluxmuş xəstələrin tez bir zamanda sağlamlıqlarına qovuşması üçün bütün resurslar səfərbər edilib. Bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür.

Dünyanı ağuşuna alan koronavirus infeksiyası ilə mübarizədə səhiyyə işçiləri, tibbi xidmət personalı şücaət göstərərək, pandemiya ilə mübarizənin ön cəbhəsində həyatlarını riskə ataraq böyük fədakarlıqla vəzifə borclarını yerinə yetirirlər. Dövlət başçısı öz çıxışlarında dəfələrlə vətəndaşların bu mürəkkəb vəziyyətdə daha məsuliyyətli davranaraq, həkimlərimizin iş yükünü yüngülləşdirməyə çağırıb.

Tibb təhsili alan tələbələr də günümüzün qəhrəmanları olan Azərbaycan həkimləri və tibb işçilərinə müraciət edərək, fədakar fəaliyyətləri və cəsarətlərinə görə onları alqışlayıb, seçdikləri peşənin müqəddəsliyini nümayiş etdirdikləri üçün təşəkkürlərini bildirib, həmrəyliklərini göstəriblər.

Onlar həkimlərin fədakar fəaliyyəti, gərgin iş şəraitini bir daha diqqətə alaraq, hamını evdə qalmaqla, sosial izolyasiya tədbirləri şəraitində məsuliyyət nümayiş etdirməklə onlara dəstək olmağa çağırıb

[media=https://baku.tv/az/maraqli/17054/]

13 aprel 2020
GO BACK