Qadin.NET / Sahibsiz heyvanlar karantin müddətində quduzlaşa bilər

Sahibsiz heyvanlar karantin müddətində quduzlaşa bilər

Sahibsiz heyvanlar karantin müddətində quduzlaşa bilər


Ölkədə karantin rejimi dövründə “evdə qal” çağırışına əsasən, insanlar evlərini tərk etməməyə üstünlük verdilər. Bu səssizlik sahibsiz heyvanların şəhər ərazisinə, küçələrə axışmasına səbəb olub.

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Şəhər küçələrində karantin rejimindən əvvəlki və indiki vəziyyətə nəzər saldıqda, sahibsiz heyvanların sayında nəzərəçarpacaq dərəcədə çoxalma var.

Heyvanların əvvəllər qida mənbəyi rolunu oynayan kafe və restoranlar da bağlanıb. Bu da onların ac qalmasına səbəb olur. Nəticədə, hər bir sahibsiz heyvan potensial təhlükə mənbəyinə çevrilir.

Ekspertlər bildirirlər ki, heyvanların sayının artması bu dövr üçün normaldır. Ancaq mövcud rejimdə peyvənd işlərinin aparılması da vacibdir ki, təhlükə doğuracaq hallar ortaya çıxmasın.

Ümumi mənzərə isə onu göstərir ki, müəyyən müddət hər kəs özünü virusla yanaşı, sahibsiz heryanlardan da qorusa, yaxşı olar. Çünki diqqətsizlik acı nəticə verə bilər. Xüsusilə, sübh çağı və axşam saatlarında zibil qutuları olan yerlərdən, qaranlıq dalanlardan keçərkən ehtiyatlı olmaq, uşaqları isə, ümumiyyətlə, belə yerlərdə tək buraxmamaq lazımdır.

[media=https://baku.tv/az/cemiyyet/17042/]
13 aprel 2020
GO BACK