Qadin.NET / Tibb işçiləri koronavirus testindən keçirilir? - AÇIQLAMA

Tibb işçiləri koronavirus testindən keçirilir? - AÇIQLAMA

Tibb işçiləri koronavirus testindən keçirilir? - AÇIQLAMA


“Koronavirusa yoluxma halları ilə bağlı bütün müəssisələrdə çalışan tibb işçilərinin ciddi şəkildə yoxlanılması prosesi davam etdirilir”.

Qadin.Net bildirir ki, bu barədə oxu.az-a  “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyeva fəaliyyətdə olan səhiyyə müəssisələrində tibb işçilərinin koronavirus testindən keçirilməməsi iddilarına münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, artıq bir müddətdir ki, tibb işçilərinin koronavirusa yoluxma ehtimallarına qarşı yoxlamalar aparılır:

“Bu yoxlamlar yalnız koronavirus xəstələrinin müalicə aldığı tibb müəssisələrində xidmət göstərən tibb işçilərini deyil, respublika üzrə bütün tibb müəssisələrini əhatə edir. İstər poliklinikalara, istərsə də xəstəxanalara adi şikayətlərlə, eləcə də özü bilmədən gizli koronavirus daşıyıcısı olan şəxslər müraciət edə bilər. Bu səbəbdən yoxlamalar aktiv iş rejimində çalışan bütün tibb işçilərinə şamil olunur.

Səhhəti ilə bağlı müəyyən immun xəstəlikləri, eyni zamanda risk qrupuna daxil olan tibb işçiləri heç bir əlamət olmasa belə, koronavirus testindən keçə bilərlər. Tibb işçilərinin iş qrafikləri isə yeni tələblərə uyğun olaraq tənzimlənir”.

Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə bütün tibb işçilərinin deyil, yalnız pandemiya xəstəxanalarında çalışanların koronavirusa qarşı yoxlamalardan keçirildiyinə dair məlumatlar yayılmışdı.

13 aprel 2020
GO BACK