Türkiyəli şoumen Beyazıt Öztürk "Kanal D"də yayımlanan "Müge ve Gülşen’le 2. Sayfa" verilişində canlı bağlantıya qoşulub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Öztürk "Beyaz Show"nun nostalji bölümlərini izləyərkən həm çox güldüyünü, həm də çox ağladığını deyib. Ən maraqlı verilişin isə Tarkanla keçdiyini bildirib:
" "Beyaz Show"nu yenidən ekranlara qaytarmaq istəyirəm. Ən möhtəşəm veriliş Tarkanla oldu. Çox istədiyi halda onu proqrama gətirə bilmədim. Tarkan Türkiyənin ən böyük sənətçilərindən biridir"