Qadin.NET / 190 manat alacaqsız, ya yox? – Cavabı belə öyrənin

190 manat alacaqsız, ya yox? – Cavabı belə öyrənin

190 manat alacaqsız, ya yox? – Cavabı belə öyrənin


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərpoçt MMC-də işsiz şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

Qadin.Net axar.az-a istinadən xəbər verir ki, bu barədə MMC açıqlama yayıb.

Məlumatda deyilir ki, qeyd edilən vətəndaşlar haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan siyahıya əsasən “azerpost.az” portalında yerləşdirilir. Saytda birdəfəlik ödəmələri poçt şöbələrinə köçürülən vətəndaşların məlumatları yer alıb. Məlumatlar mütəmadi olaraq yenilənir.

Portalın əsas səhifəsindəki müvafiq bölmədə şəxsiyyət vəsiqəsinin seriyasını və ya PİN kodu daxil etməklə məlumat almaq mümkündür.

Qeyd edək ki, vətəndaşların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə birdəfəlik ödəmə barədə SMS göndərilir.

Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” qeyd edilibsə, istənilən poçt şöbəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər

12 aprel 2020
GO BACK