Yumor ustası Cem Yılmazın villasının bağçasında zibil qabında yanğın baş verib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, aktyor yanğını görsə də, evdən çölə çıxmayıb. Onun köməkçisi gələrək, yanğının qarşısını almağa çalışıb.
Cemin həmin vaxt evdə aktrisa sevgilisi Serenay Sarıkaya ilə birlikdə olduğu öyrənilib. Yılmaz bunla bağlı suallara "Önəmli deyildi, kiçik bir diqqətsizlik. İşçilər yanğının böyüməsinin qarşısını aldı" cavabını verib.