Məşhur amerikalı müğənni Madonnaya 1 gün ərzində 3 itki üz verib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 61 yaşlı ifaçı İnstaqram səhifəsində ona yaxın olan şəxslərin koronavirusdan dünyasını dəyişdiyini bildirib:
“Son 24 saat ərzində mənim əmim oğlu, cangüdənimin qardaşı və mahnılarımı remiks edən Orlando Puerto COVİD-19 virusundan vəfat edib. Onları bir gün içində itirdim. Bu, mənim əhval-ruhiyyəmə pis təsir etdi”.
Qeyd edək ki, Madonna koronavirusla mübarizəyə 1 milyon dollar pul bağışlayıb.