Qadin.NET / Koronavirusun öskürmə zamanı otaqda hərəkəti göstərildi - VİDEO

Koronavirusun öskürmə zamanı otaqda hərəkəti göstərildi - VİDEO

Koronavirusun öskürmə zamanı otaqda hərəkəti göstərildi - VİDEO


Fin alimləri SARS-CoV-2 virusunun hissəciklərinin qapalı məkanda necə yayıldığını göstərən üçölçülü model yaradıblar.

Tədqiqatın nəticələri Aalto (Finlandiya) Universitetinin saytında dərc olunub.

Məlum olub ki, asqırma və ya öskürmə zamanı aerozol buludu mənbənin yaxınlığında bir neçə metr radiusda hərəkət edir və sonra yoxa çıxır. Lakin bir neçə dəqiqə ərzində virus hissəcikləri havada ola bilər və ətrafdakılar yoluxma təhlükəsi ilə üzləşə bilər. Nümunə üçün alimlər koronavirus xəstəsinin daxil olduğu bir mağazanı modelləşdiriblər.
Tədqiqatın nəticələri göstərib ki, SARS-CoV-2 hissəcikləri təxminən beş-altı dəqiqəyədək havada ola bilər. Eyni zamanda, qaz buludunun konsentrasiyası və dağılmasının tezliyi otağın ölçüsü və havalandırılmasının səviyyəsindən asılıdır.“Kiçik virus hissəcikləri döşəməyə düşmür, hava axınlarında hərəkət edir və ya bir yerdə asılı qalır.Koronavirus ilə yoluxmuş şəxs öskürüb gedə bilər, lakin həmin yerdə tərkibində koronavirus hissəcikləri olan bulud qala bilər”, -  deyə Aalto Universitetinin dosenti Ville Vuorinen bildirib.Mütəxəssislərin sözlərinə görə, modelləşdirmə SARS-CoV-2 hissəciklərinin havada əvvəllər hesab ediləndən daha uzun müddətdə qala bildiyini müəyyənləşdirməyə imkan verib. Həkimlər həm koronavirus əlamətləri olan, həm də sağlam insanlara evdə qalmağı məsləhət görüblər. Bildirilir ki, mağazaya və ya digər ictimai yerlərə, orada mümkün qədər az adam olan zaman getmək lazımdır.Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, koronavirusun əsas simptomları quru öskürək, qızdırma, təngnəfəslikdir
12 aprel 2020
GO BACK