Koronavirus pandemiyasından sonra əksər ölkələrdə xüsusi karantin rejimi elan olunub və insanlara evdən çıxmamaq tövsiyə edilib. Dövlətlər bu məqsədlə müxtəlif texnologiyalardan istifadəyə başlayıblar. Cənubi Koreya isə bu işdə elektron bilərzikdən yararlanacaq.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, Cənubi Koreya bir müddət öncə insanların evdən çıxmalarını məhdudlaşdırmaq məqsədilə mobil tətbiqdən istifadəyə başlayıb. Amma əksər insanların telefonu evdə qoyaraq yaşayış yerlərini tərk etdikləri məlum olub. Cənubi Koreyanı elektron bilərzikdən istifadəyə təşviq edən də elə bu olub.
Qeyd edək ki, Cənubi Koreyada 46 566 nəfər virusa görə karantinə alınıb. Karantin qaydalarını pozan və ya vəziyyətlə bağlı yanlış məlumat ötürənlərə 8172 dollar cərimə və ya həbs cəzası verilir.