Qadin.NET / Azərbaycanda daha 67 nəfərin koronavirusa yoluxdu- RƏSMİ

Azərbaycanda daha 67 nəfərin koronavirusa yoluxdu- RƏSMİ

Azərbaycanda daha 67 nəfərin koronavirusa yoluxdu- RƏSMİ


Azərbaycanda 67 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

 Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 1058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 200 nəfəri müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2840 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

11 aprel 2020
GO BACK