“Duz tökmə” hərəkətilə qısa vaxt ərzində internetdə fenomenə çevrilən türk iş adamı Nüsrət Gökçe Türkiyədə koronavirusla bağlı qəbul edilmiş karantin qaydalarını pozub.
Qadin.Net bildirir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.
Gökçe əvvəlcə maskasız evdən çıxaraq, idmanla məşğul olub. Daha sonra isə sosial məsafə qaydasına əməl etməyərək, yaxtası ilə gəzintiyə çıxıb.
Gökçenin fotolarının çəkildiyini görən köməkçiləri jurnalistlərə əngəl olmağa çalışıb.