Qadin.NET / Türkiyədə evdən çıxmaq qadağan olundu

Türkiyədə evdən çıxmaq qadağan olundu



Bu gündən Türkiyədə komendant saatı tətbiq ediləcək.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, hökumət koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Zonquldağ vilayətində və ölkənin 30 şəhərində sakinlərin 48 saat ərzində evlərindən çıxışına qadağanın qoyulması barədə qərar qəbul edib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, 11 aprel saat 00:00-dan 13 aprel saat 00:00-a Zonquldağda və 30 şəhərdə (Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbakır, Ərzurum, Eskişehir, Hatay, İstanbul, İzmir, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Qaziantep, Qəhrəmanmaraş, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van) sakinlərin küçəyə çıxmasına qadağa qoyulur

11 aprel 2020
GO BACK