Qadin.NET / Conni Deppin keçmiş arvadı 3 illik həbs oluna bilər

Conni Deppin keçmiş arvadı 3 illik həbs oluna bilər

Conni Deppin keçmiş arvadı 3 illik həbs oluna bilər


Dünyaca məşhur aktyor Conni Deppin keçmiş arvadı, aktrisa Ember Herd 3 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, buna səbəb aktrisanın məhkəməyə yalan ifadə verməsi və buna cəhd etməsidir.

Deppin vəkilləri iddia edir ki, aktrisa 2016-cı ildə həyat yoldaşı tərəfindən döyülməsi haqda məhkəməyə saxta dəlillər təqdim edib.

 

Əgər Conninin nümayəndələri Emberin özü-özünə sıyrıq və zərbə izlərini vurduğunu sübut edə bilsələr, aktrisa Kaliforniyanın Cinayət Məcəlləsinə uyğun olaraq, saxta ifadələr vermək və faktları saxtalaşdırmağa cəhd maddəsi ilə üç illik həbs cəzası ala bilər

11 aprel 2020
GO BACK