Dünya yeni növ koronavirus pandemiyasının ABŞ-ın Harvard Universitetinin professoru Çarlz Leberin laboratoriyada yetişdirərək, Çinə satmasından danışır.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Leber, eyni zamanda ABŞ-ın məxfi kəşfiyyat məlumatlarını Çinə verməkdə də ittiham edilib. Bu işlərə görə Çin şirkətlərindən yüz minlərlə dollar aldığı bildirilən 60 yaşlı professorun artıq saxlanıldığı deyilib.
Məlumata görə, Leberin Harvard Universitetindəki araşdırma qrupu Milli Səhiyyə İnstitutları və Müdafiə Nazirliyindən apardığı araşdırma üçün 15 milyon dollar alıb. Məlumatda Leberin Çindəki Uxan Texnologiya Universitetinə olan bağlılığını və Çin şirkətləri ilə gizli sövdələşmələrini nüfuzlu elm adamlarını ölkəyə çəkmək üçün gizlətdiyi qeyd edilib. Çin universiteti tərəfindən professora ayda 50.000 dollar ödənildiyi və Uxan Universitetində laboratoriya qurması üçün 1.5 milyon dollar aldığı da bildirilib. Beləliklə onun Harvarddakı araşdırmalarını Uxan Universitetinə satdığı iddia olunub.
“Röyter” agentliyi isə Leberin saxlanılmadığı, onun koronavirusla bağlılığının olmadığını bildirib. ABŞ-ın Ədliyyə Nazirliyi də məlumatları təkzib edib