Koronavirus xəstələrinin dörddə birində xəstəliyə xas olan simptomlar olmur.
Qadin.Net bildirir ki, “RİA Novosti”nin məlumatına görə, bu barədə “Rospotrebnadzor”un (“İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət”) rəhbəri Anna Popova bildirib.
“Koronavirusa yoluxanların 20-25 faizində simptomlar olmur, xəstəlik onlarda inkişaf etmir”, - deyə o bildirib.
Popova həmçinin koronavirus pandemiyasının sonunun nə vaxt olacağını proqnozlaşdırmağın mümkün olmadığını vurğulayıb