İsveçdə yerləşən Karolinska Universitetinin xəstəxanasında həkimlərə koronavirusa yoluxmuş 80 yaşdan yuxarı xəstələri intensiv terapiya şöbəsinə qəbul etməmək tapşırılıb.
Qadin.Net bildirir ki, bu barədə “Aftonbladet” qəzeti məlumat yayıb.
Nəşr eyni zamanda xəstəxana rəhbərliyinin həkimlərə 60 yaşdan yuxarı, xroniki xəstəliyi olan insanların intensiv terapiya şöbəsinə yerləşdirilməsinə üstünlük verilməsini tapşırdığını qeyd edib.Hadisənin mətbuatda işıqlandırılmasından sonra sərt tənqidlərin hədəfinə çevrilən xəstəxanadan sözügedən məlumatla bağlı açıqlama verilib:“Tibbi cəhətdən üstünlük hər zaman xəstənin sağalması gözləntilərinə əsaslanır. Xəstənin sağalmasına dair gözləntilər yüksək deyilsə, intensiv terapiya müalicəsi tətbiq edilə bilməz”.