Qadin.NET / Pandemiya dövründə öskürək terror kimi qiymətləndirilə bilər

Pandemiya dövründə öskürək terror kimi qiymətləndirilə bilər

Pandemiya dövründə öskürək terror kimi qiymətləndirilə bilər


Pandemiya dövründə öskürək terror kimi qiymətləndirilə bilər.

Qadin.Net bildirir ki, bu barədə “The Washington Post” xəbər yayıb.

Nəşr buna misal kimi insanların həm sadə vətəndaşların, həm də polislərin üzünə bilərəkdən öskürməsi hallarını misal gətirib.

Buna oxşar başqa hadisələr də var: Martın əvvəllərində Missuri ştatında mağazaya girən kişi dezodorant olan rəfi yalamasının videosunu paylaşmışdı. Sonradan həmin kişi terror təhlükəsini yaratmaqda ittiham olunmuşdu.

Bildirilir ki, koronavirusun yayılması ilə əlaqədar yeni-yeni qaydalar yaradılır. Lakin bu qaydalara hamı riayət etmir, polislər isə potensial yoluxanlarla təmasda olmaq məcburiyyətində qalırlar.

Qəzetin yazdığına görə, insanlar koronavirusdan başqalarına hədə kimi istifadə etməyə başlayıblar. Belə ki, Pensilvaniyada qəzəblənən qadın müştərinin ərzaqların üstünə öskürməsinə görə, mağaza sahibi 35 min dollarlıq ərzağı tullamaq məcburiyyətində qalmışdı.

10 aprel 2020
GO BACK