Qadin.NET / Azərbaycanda icazə SMS-ləri ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda icazə SMS-ləri ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda icazə SMS-ləri ilə bağlı XƏBƏRDARLIQ


Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemində sui-istifadə hallarına yol verilir.

Qadin.Net bildirir ki, bu barədə “ASAN Xidmət” məlumat yayıb:

“Belə ki, bəzi vətəndaşların sistem vasitəsi ilə “3” kodu, yəni yaxın qohumunun dəfnində iştirak halı üzrə göndərilmiş müraciətlərinin bu hal üzrə deyil, digər, aidiyyəti olmayan məqsədlər üçün istifadə etdikləri müəyyən edilib. 

Bir daha xatırladırıq ki, “3” kodu yaxın qohumunun dəfnində iştirak üçün nəzərdə tutulub. Dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qadağan olunub. 

Vətəndaşlarımızı bu kimi hallara yol verməməyə çağırırıq. Əks halda bu hallar xüsusi karantin rejiminin tələblərinin pozulması deməkdir və hüquq mühafizə orqanları tərəfindən bununla bağlı ciddi məsuliyyət tədbirləri görüləcək”.

9 aprel 2020
GO BACK