Qadin.NET / Koronavirusdan sağalan 11 nəfər infeksiyanın müalicəsi üçün donor oldu

Koronavirusdan sağalan 11 nəfər infeksiyanın müalicəsi üçün donor oldu

Koronavirusdan sağalan 11 nəfər infeksiyanın müalicəsi üçün donor oldu


Koronavirusdan müalicə alan və sağalan donorlardan yoluxmuş insanlara qan plazması köçürülüb.

Qadin.Net bildirir ki, TASS-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Moskva merinin sosial inkişaf məsələləri üzrə müavini Anastasiya Rakova bildirib.

Prosedur Rusiya paytaxtındakı N.V.Sklifosovski adına Təcili Tibbi Yardım İnstitutunda və 52 saylı şəhər xəstəxanasında həyata keçirilib.

“Biz digər ölkələrdəki həmkarlarımızın işlərini daim izləyirik. Çində, Almaniyada və ABŞ-da bənzər tədqiqatlar uğurla aparılır. Ümid edirik ki, yeni metod koronavirus pandemiyası ilə daha effektiv mübarizə aparmağa kömək edəcək.

Bu gün Moskvada COVID-19-dan sağalan 11 xəstə plazma donoru olub. Hazırda şəhər klinikalarında müalicə alan yeddi xəstəyə qan köçürülüb”, - deyə Rakova qeyd edib

9 aprel 2020
GO BACK