Milli Məclisin iclasında xüsusi karantin dövründə vətəndaşların banklara olan kredit borclarının dondurulması təklif edilib.
Qadin.Net oxu.az-a istinadən bildirir ki, bunu Milli Məclisin iclasında deputat Aydın Mirzəzadə dilə gətirib.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə qeyd edib ki, bank kreditləri ilə bağlı hazırda işlər gedir:
“Yaxın günlərdə bununla bağlı məsələləri açıqlayacağıq”.