Qadin.NET / Riki Martin ilk dəfə oğlunu göstərdi - FOTO

Riki Martin ilk dəfə oğlunu göstərdi - FOTO

Riki Martin ilk dəfə oğlunu göstərdi - FOTO


Puerto Rikonun pop müğənnisi və aktyor Riki Martin ilk dəfə rəssam əri Cuan Yosefdən olan beş aylıq oğlunun şəklini instaqramda paylaşıb.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, o, paylaşımına “Renn Martin-Yosef. Körpə evdədir” sözlərini yazıb.

Xatırladaq ki, ifaçı dördüncü dəfə ata olacağını 2019-cu ilin sentyabrında açıqlamışdı. Belə ki, Amerikanın LGBT təşkilatının İnsan Hüquqları Kampaniyasının ziyafət yeməyi zamanı sənətçi gey hüquqlarını qoruması və xeyriyyə tədbirlərinə görə mükafata layiq görülmüşdü. Tədbir zamanı ifaçı Cuan Yosef ilə birlikdə surroqat anadan uşaq gözlədiyini etiraf etmişdi: “Yeri gəlmişkən, uşaq gözləyirik. Mən böyük ailələri sevirəm”.

Qeyd edək ki, 2008-ci ildə Riki Martinin surroqat anadan əkiz uşaqları dünyaya gəlib. Ulduzun surroqat anadan dünyaya gələn daha bir qızı var

Riki Martin ilk dəfə oğlunu göstərdi - FOTO

Riki Martin ilk dəfə oğlunu göstərdi - FOTO


9 aprel 2020
GO BACK