Filippin sakini Rita Qaviola öz misalında yoxsul insanın qısa zamanda zəngin ola bildiyini sübut edib.
Qadin.Net bildirir ki, “Time” xəbər verir ki, 2016-cı ildə 13 yaşı olarkən, filippinli fotoqraf Topher Kuinto Burqos təsadüfən onun dilənən zaman şəklini çəkib.
O zaman qızın atası zibil yığmaqla məşğul olurmuş, anası isə evdə Ritanın balaca bacı və qardaşlarına baxırmış.
Onlardan heç biri məktəbə getmirdi, ailə tez-tez günlərlə ac qalırdı.
Qızın təbii gözəlliyinə vurulan fotoqraf onun şəklini sosial şəbəkələrdə paylaşır. Bundan sonra qızın həyatı 180 dərəcə dəyişir.
Ritaya “baco qız” ləqəbi qoyurlar. Qeyd etmək lazımdır ki, bacolar Filippində köçəri həyat yaşayan etnik azlıqdır. Onları həmçinin “dəniz qaraçıları” adlandırırlar.
Qeyd etmək lazımdır ki, hazırda Rita Qaviola Filippinin ən varlı modellərindən biri sayılır