“Xüsusi karantin rejiminin müddətinin artırılması vəziyyətdən asılıdır. Yoluxmanın dinamikası və qayda pozuntusu halları bugünkü kimi qalarsa, xüsusi karantin rejimi aprelin 20-dən sonra da artırıla bilər”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, hər şey hadisələrin inkişafından asılıdır:
“Aprelin 20-dən sonra xüsusi karantin rejimi daha da sərtləşdirilə bilər. Vətəndaşlar arasında qaydaları pozanlar çoxdur. Külli miqdarda saxta jurnalist vəsiqələri və icazələrlə dolaşırlar”.