Qadin.NET / Azərbaycanda iki yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ

Azərbaycanda iki yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ

Azərbaycanda iki yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ


“Bu gün Azərbaycanda koronavirusa yoluxanlar arasında iki yaşında olan uşaq da var. Ən qocaman xəstə isə 90 yaşındadır”. 

Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, sağalanlar arasında 82 yaşlı xəstə var:

“Sağalma orqanizmin virusa cavabından asılıdır. Dünya təcrübəsi də göstərir ki, yanaşı gedən xəstəlikləri olan şəxslər vəfat edir. Ölənlər də, əsasən, onkoloji, ürək çatışmazlığı, revmotoloji xəstəlikləri olan, içdikləri dərmanların əlavə təsirləri yüksək olan xəstələrimizdir”.

O qeyd edib ki, Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərləri daha riskli ərazilərdir:

“Ona görə də böyük şəhərlərdə olan insanın üzərinə daha ciddi məsuliyyət düşür”

8 aprel 2020
GO BACK