Qadin.NET / Azərbaycanda tibb işçiləri arasında koronavirusa yoluxma mövcuddur - RƏSMİ

Azərbaycanda tibb işçiləri arasında koronavirusa yoluxma mövcuddur - RƏSMİ

Azərbaycanda tibb işçiləri arasında koronavirusa yoluxma mövcuddur - RƏSMİ


“Tibb işçiləri arasında yoluxma halları mövcuddur. Pandemiya xəstəxanasında baş verən bir halımız var”.

 Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu hallar pandemiya ilə məşğul olmayan xəstəxanalarda baş verib:

“Asimtomatik pasiyentlər digər patologiyalarla müraciət edir. Tibb müəssisəsində çalışan, xüsusilə orta tibbi personal işinə düzgün yanaşmadıqda belə hallar baş verir. Tibb işçilərinin özlərini qoruması üçün təlimatlar hazılamışıq”.

Sədr qeyd edib ki, tibb işçilərini risklər gözləyir:

“Tibb işçiləri arasında yoluxma hallarının sayı digər ölkələrlə müqayisədə çox deyil. Pandemiya xəstəxanaları lazımi vasitələrlə təchiz olunub. Başqa xəstəxanalarda olan çatışmazlıqlar da aradan qaldırılır”.

8 aprel 2020
GO BACK