Amerikalı müğənni Con Prayn koronavirusdan dünyasını dəyişib.
Qadin.Net bildirir ki, bu barədə “Reuters” xəbər yayıb.
Martın 17-də 73 yaşlı Prayn və xanımı Fionanın koronavirusa yoluxduqları məlum olub.
Martın 26-da Prayn Neşvill şəhərində xəstəxanaya yerləşdirilib. Müğənni infeksiya nəticəsində yaranan ağırlaşmalara görə ölüb.
Con Prayn öz mahnılarının müəllifi və ifaçısı olub. O, eyni zamanda bir çox sənətkarlar üçün bəstələr yazıb. Prayn kantri və folk (xalq musiqisi) janrlarının klassiklərindən sayılır.
Con Prayn “Ən yaxşı müasir folk-albomu” kateqoriyasında ikiqat “Grammy” mükafatçısıdır.