Saxta pasport düzəltməkdə ittiham edilərək Paraqvayda həbs edilən braziliyalı eks-futbolçu Ronaldinyonun cəzası yüngülləşdirilib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, qardaşı Asis Moreyra ilə 6 ay həbs cəzası alan idmançı ev dustağı olacaq.
32 gündür həbsxanada olan Ronaldinyo və qardaşı 1,6 milyon dollar qarşılığında zaminə buraxılıb. Onlar bundan sonrakı cəzasını Asunçondakı otellərin birində çəkəcək