İngiltərənin Bredford şəhərində ərin zarafatı arvadını ölümdən xilas edib.
Qadin.Net bildirir ki, bu barədə “The Sun” xəbər yayıb.
Bildirilir ki, 29 yaşlı Mark arvadını qıdıqlayarkən sinəsində noxud boyda şişə toxunub. Lakin fitnes müəllimi olan Ebi Otuey ayağa qalxdıqdan sonra özü bunu müəyyən edə bilməyib. Qadın həkimə müraciət edib.
Şiş o qədər kiçik olub ki, həkimlər əvvəlcə onu müəyyən edə bilməyiblər, lakin sonradan diametri 6 mm olan yeni törəmə aşkarlanıb.
Məlum olub ki, Otueydə onkoloji xəstəliyin ikinci mərhələsi başlayıb.
Şiş götürülüb, kimyəvi terapiyaya ehtiyac qalmayıb.
Otuey hesab edir ki, əri onun həyatını xilas edib: “Əgər tənha olsaydım, xərçəng olduğumu gec öyrənə bilərdim”.
Qadın heç vaxt mammoloq qəbuluna getmədiyini vurğulayaraq, qadınları bu səhvi təkrarlamamağa və mütəmadi müayinəyə getməyə çağırıb