Evdən ərzaq və dərman almaq, habelə bank və poçt xidmətlərindən istifadə etmək üçün SMS vasitəsilə icazə alan şəxslər iki saat ərzində ev heyvanlarını da gəzdirə bilərlər.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, vətəndaşlar evdən çıxmaq üçün Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən edilən müvafiq bəndləri (1,2,3) 8103 nömrəsinə göndərməlidirlər.
Şəxs yaşayış yerini yalnız SMS-ə təsdiq cavabı gəldikdən sonra tərk edə bilər. Əks təqdirdə bu, karantin qaydalarının pozulması kimi qiymətləndirilir