Qadin.NET / Məşhur cütlüyün ayrılıq səbəbi bəlli oldu

Məşhur cütlüyün ayrılıq səbəbi bəlli oldu

Məşhur cütlüyün ayrılıq səbəbi bəlli oldu


Türkiyəli müğənni Kutsi ilə sevgilisi, aktrisa Feyza Çıpanın ayrılıq səbəbi bəlli olub.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, “Posta” qəzeti məlumat yayıb ki, Feyza müğənnini onunla evlənməndiyi üçün tərk edib.

Bildirilir ki, daha öncə beş dəfə Kutsidən ayrılan Feyza 2017-ci ildə yenidən barışıb və onunla nişanlanıb. Bu dəfə isə müğənni ilə birdəfəlik ayrılmaq niyyətindədir. Çünki o, ailə qurmaq və ana olmaq istəyir. İfaçının evlilik fobiyası isə buna mane olur. Hazırda Kutsi nişanlısı ilə barışmaq istəsə də, aktrisa onun telefonlarına cavab vermir.

Qeyd edək ki, cütlük 2012-ci ildə “Huzur sokağı” serialının çəkilişləri zamanı tanış olub. Kutsu bu sevgi münasibətinə görə qızları Ceylin Ada və Lilanın anası Sinem Bayraktutardan 2015-ci ildə boşanıb

7 aprel 2020
GO BACK