Rusiyanın məşhur müğənnisi Nadejda Babkina koronavirus (COVİD-19) epidemiyasına yoluxub.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, 70 yaşlı ifaçının səhhəti aprelin 1-də pisləşib və xəstəxanaya müraciət edib. Sənətçiyə ilkin olaraq sətəlcəm diaqnozu qoyulub, daha sonra koronavirus şübhəsi ilə test edilib.
Nəticədə N. Babkinanın pandemiyaya yoluxduğu ortaya çıxıb. Həkimlər vəziyyəti ağırlaşan müğənnini süni komaya salmağa məcbur olublar