Yaponiyanın İnfeksiya Xəstəlikləri Dərnəyi koronavirusun hava yolu ilə necə yayıldığını əks-etdirən video hazırlayıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, alimlərə görə, asqırıq, öskürək, eləcə də adi danışıq zamanı havaya mikro hissəciklər yayılır. Onlar uzun müddət havada qala və yaxınlıqdakı insanlara keçə bilir.
Qeyd olunur ki, ağzımızdan çıxan viruslar havada 20 dəqiqəyədək qala bilir.
Bu səbəbdən maska və eynəklərdən istifadə vacibdir