Hər bazar ertəsi “Star” TV-də yayımlanan “Sefirin kızı” serialının yayımı bir müddətlik dayandırılıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, baş rollarında Neslihan Atagül, Engin Akyürek və Uraz Kaygılaroğlunun olduğu serialın Muğladakı çəkilişlərinə koronavirusa görə ara verilib.
Ötən həftə serialın rejissoru Emre Kabakuşak bir müddət ekranda olmayacaqlarını açıqlayıb.
“Star” TV isə “Sefirin kızı”nın əvəzinə 2016-2017-ci illərdə efirdə olan “Anne” serialını yenidən yayımlamaq qərarı verib