Azərbaycan əsilli aparıcı İradə Zeynalova NTV kanalında canlı yayımda Rusiyada koronavirusdan 40 min nəfərin öldüyünü bildirib. Bu barədə video telekanalın saytında yerləşdirilib.
Qadin.Net oxu.az-a istinadın bildirir ki, “Rusiyada 79 regionda beş mindən artıq yoluxan var, 40 mindən artıq insan ölüb. 200 mindən artıq insan tibbi müşahidə altındadır”, - deyə jurnalist bəyan edib.
Lakin həmin vaxt onun arxasındakı ekranda 5389 yoluxan və 45 ölü barədə məlumat yazılıb.
Qeyd edək ki, aprelin 6-da Rusiyada 954 nəfərdə koronavirusa yeni yoluxma faktı təsdiqlənib. Ümumilikdə, koronavirusdan 47 nəfər ölüb, 406 nəfər isə sağalıb
[media=https://baku.tv/az/dunyaa/16716/]