Qadin.NET / Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı - VİDEO

Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı - VİDEO

Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı - VİDEO


“Ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir”.

 Qadin.Net report-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu günə qədər muxtar respublikada 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb.

Təkrar test yoxlamalarının nəticələrinə əsasən, 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bir nəfər sağalaraq evə buraxılıb.

Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir.

Ağırlaşma halları yoxdur.

6 aprel 2020
GO BACK