ABŞ-ın Florida ştatında 51 il birgə yaşamış 72 yaşlı Adrian və onun 74 yaşlı həyat yoldaşı Stüart Beyker koronavirus səbəbindən altı dəqiqə fərqi ilə dünyasını dəyişib.
Qadin.Net bildirir ki, “Metro” xəbər verir ki, Boynton-Biç şəhərində yaşamış cütlüyün heç bir ciddi xəstəliyi olmayıb
Oğulları Baddi Beyker valideynlərinin üç həftə əvvəl özlərini pis hiss etməsini bildirib.
Onlar koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Martın 29-u Adrian vəfat edib. Altı dəqiqə sonra isə Stüart da koronavirusla mübarizədə məğlub olub