Böyük Britaniya kraliçası II Elizabet koronavirus pandemiyası ilə bağlı ictimaiyyətə çağırış edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, o bildirib ki, hamı qüvvəsini səfərbər etsə tezliklə bu bəlanın öhdəsindən gəlmək mümkün olacaq.
“Ümid edirəm ki, gələcəkdə bu çətinliyin öhdəsindən necə gəldiyimizlə qürur duyarıq. Səhiyyə işçilərimizi alqışlamaq üçün birlik olduğumuz anlar milli ruhumuzun göstərici kimi anılacaq” - deyən kraliça, insanları diqqətli olmağa və həkimlərin tövsiyyələrinə əməl etməyə çağırıb