Koronavirusun yayılması bir çox şirkətin planını dəyişdirib. Sosial şəbəkələrin ümumi strategiyası tamamən başqa tərəfə yönəlib.
Qadin.Net ted.az-a istinadən bildirir ki, Instagram platforması da pandemiyanın yayılmasına görə, yeni funksiyanı istifadəyə verəcək.
"İstifadəçilərin doğru məlumat əldə etmələri və əlaqələrinin möhkəmləndirilməsi üçün tədbirlər görmüşük, - deyə şəbəkə rəsmilərinin açıqlamasında qeyd olunur.
Platformanın əsas səhifəsində istifadəçilərə koronavirusla əlaqəli vəziyyəti öyrənmək və yerli Səhiyyə Nazirliyinin saytına yönlənmək üçün ismarıc tipli yazı yerləşdiriləcək.
Bundan əlavə, sosial şəbəkə karantin zamanı insanlar arasında ünsiyyət prosesini asanlaşdırmaq istəyir.
Platforma nümayəndələrinin sözlərinə görə, şəbəkədəki videozənglərin keyfiyyəti yaxşılaşdırılacaq. İstifadəçilər zəng zamanı multimediadan istifadə edə biləcəklər.