Türkiyənin daha çox seriallardan tanınan aktrisası Cansın Çekili bir neçə gündür koronavirusa yoluxma səbəbi ilə karantindədir.
Qadin.Net bildirir ki, “Milliyet”in məlumatına görə, aktrisa artıq yaxşılaşmaq üzrədir. O, özünün sosial media hesabında bu barədə məlumat verib və tamaşaçılarını özlərini qorumağa səsləyib:
“Müalicəm davam edir. İnanın ki, sağalmaq üçün çox çalışıram. Xahiş edirəm, lazım olmadıqca evdən çıxmayın. Məsafəni hətta bir evdə yaşadığınız insanlarla da qoruyun. Həqiqətən, bu, çox vacibdir”.