Salyan Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədilə Salyan Peşə Liseyində tibbi maskaların istehsalına başlanılıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olmaq və həmrəylik nümayiş etdirməkdir.
Tibbi maskalar əhaliyə pulsuz paylanılacaq