Sinqapur hakimiyyəti bu gündən etibarən vətəndaşlarına tibbi maskaları pulsuz paylamağa başlayıb.
Qadin.Net axşam.az -a istinadən xəbərə verir ki, Baş nazir Li Syan Lun bir neçə gün əvvəl bütün əhaliyə fərdi mühafizə vasitələrindən istifadə etməyə tapşırıq verib.
Hər ailə üzvünə veriləcək çox istifadəli (yuyulan və ütülənən) maskalar aprelin 12-dək paylanılacaq.
Qeyd edək ki, aprelin 7-dən Sinqapurda həyati əhəmiyyət kəsb etməyən bütün obyektlər də bağlanacaq.